Almaniyanın Bakıdakı səfirliyinin viza şöbəsi bağlanır

Xəbərlər 21 Oktyabr 2015 00:00 1145
Almaniyanın Bakıdakı səfirliyinin viza şöbəsi bağlanır

Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq.

Səfirliyin saytında verilən xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür. Yeni ofisdə təmir işləri tam başa çatmadığından, viza şöbəsi bir neçə gün bağlı olacaq.

Qeyd edək ki, Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir.

OXŞAR XƏBƏRLƏR