Lüks hoteldən şok təklif – 4 NƏFƏRƏ 148 MANAT

Azərbaycanın ən dəbdəbəli dağ resort otellərindən olan və Şamaxı rayonunda yerləşən «Samaxi Palace» oteli inanılmaz ucuz qiymətlərlə endirim kampaniyasına başlayıb.
Xəbərlər 26 Oktyabr 2015 00:00 1935
Lüks hoteldən şok təklif – 4 NƏFƏRƏ 148 MANAT

Azərbaycanın ən dəbdəbəli dağ resort otellərindən olan və Şamaxı rayonunda yerləşən «Samaxi Palace» oteli inanılmaz ucuz qiymətlərlə endirim kampaniyasına başlayıb.

Belə ki, otel qiymətlərə xüsusi artım etmədən, səhər yeməyi ilə yanaşı şam yeməyini da otaq qiymətlərinə daxil edib. Nəticədə cəmi 148 AZN-dən başlayan otaq qiymətlərinə həm səhər və həm də şam yeməyi daxil ediləcək. Şam yeməyi isveç masası əsasında qurulub. Bu qiymətə 4 nəfərlik ailə geniş və komfortlu Deluxe otaqlarda yaşaya bilər (otaqda ilk uşaq 12 yaşadək, ikinci uşaq isə 3 yaşadək ödənişsizdir).

Oteldən verilən məlumata görə, aksiya çərçivəsində eyni otaqda 12 yaşadək olan ikinci uşağa görə əlavə ödəniş 30 AZN, 12 yaşdan yuxarı uşağa görə isə əlavə 45 AZN ödənilir.

Bu qiymətə çoxsaylı istirahət və əyləncə xidmətləri də daxildir. Bura SPA mərkəzindən İstifadə, uşaq əyləncə klubundan istifadə, çoxsaylı idman və əyləcə vasitələri (ödənişli və ödənişsiz), Irish Pub axşam DJ performansı, yüksək sürətli internet xidməti və s. aiddir.

Oteldə həmçinin uşaqlar üçün Pony, Atlar, açıq və qapalı uşaq oyun parkı mövcuddur. Uşaqlar üçün atlardan istifadənin qiyməti 15 AZN təşkil edir. Atıcılıq həvəskarları isə güllə atıcılığı xidmətindən yararlana bilərlər (bir güllənin qiyməti 1 azn). Otelin boulinq zalında bir oyunun qiyməti 6-8 AZN təşkil edir. Aksiyanın son tarixi dəqiq deyil. Lakin qiymətlərin gələn il üçün də belə saxlanılması ehtimalı da var.

Mənbə: Fins.az

OXŞAR XƏBƏRLƏR