Dünyanın ilk şəxsi səsdən sürətli reaktiv təyyarəsi Spike S-512 belə görünəcək.
Təyyarə 2018-ci ildə satışa çıxarılacaq. Qiyməti isə 50 milyon funt sterlinq olacaq.
İnqilabi yeniliyindən danışaq? Təyyarənin sərnişin kabinində pəncərələr yoxdur, onları nazik displeyli ekran əvəz edəcək.
Təyyarənin çöl kameraları sayəsində ətrafdakı görüntü displeylərə əks olunacaq. Sərnişinlər öz istəklərinə uyğun olaraq panoramik mənzərəyə baxmaq rejimini, biraz yuxuya getmək istəyənlər isə sadə ekran rejimini seçə biləcək.
Pəncərələrin yoxluğu, reaktiv təyyarəni daha rasional və sürətli edəcək.
S-512 təyyarəsi vasitəsilə Nyu-Yorkdan Londona cəmi 3-4 saata uçmaq mümkün olacaq.