Budapeşt-Bakı-Budapeşt aviareysinin- qiyməti açıqlandı

Aviareyslərə gələn il mart ayının 27-də başlayacaq
Xəbərlər 28 Oktyabr 2015 00:00 1386
Budapeşt-Bakı-Budapeşt aviareysinin- qiyməti açıqlandı
 “Wizz Air” aviaşirkətinin həyata keçirəcəyi Budapeşt-Bakı-Budapeşt reysləri üçün biletlərin qiymətləri məlum olub. Seyyah.az-in məlumatına görə, “Wizz Air” və “Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində “Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi deyib ki, bir tərəfli gediş üçün biletlərin qiyməti  39,99 avro olacaq. 
"WizzAir" Budapeşt-Bakı-Budapeşt istiqaməti üzrə aviareyslərə 2016-cı il mart ayının 27-də başlayacaq. Uçuşlar həftədə 2 dəfə (III və VI günlər Budapeştdən Bakıya, IV və VII günlər isə əks istiqamətdə) yerinə yetiriləcək. 

 

OXŞAR XƏBƏRLƏR