Dünyanın ən pis 10 aeroportu - SİYAHI

Dünyanın 10 ən pis aeroportu məlum olub.
Xəbərlər 28 Oktyabr 2015 00:00 1481
Dünyanın ən pis 10 aeroportu - SİYAHI

Dünyanın 10 ən pis aeroportu məlum olub. Bu siyahı «Sleeping Guide» jurnalının 26 min səyahətçi arasında apardığı araşdırma əsasında tərtib edib. Səyyah.az-ın məlumatına görə, reytinq 4 əsas göstəriciyə əsasən tərtib edilib. Bunlar rahatlıq, təmizlik, asanlıq və müştəri xidmətidir.

Qiymətləndirmələrə görə, dünyanın ən pis aeroportu Nigeriyanın «Port-Harkort» aeroportu seçilib. Bu aeroportun mənfi cəhətləri – faydasız əməkdaşlar, kəskin yer çatışmazlığı və işləməyən kondisionerdir. Amma ən əsası, araşdırma müəllifləri «Port-Harkort» aeroportunu dünyanın ən korrupsiyalaşmış aeroportu sayırlar. «Pul gətir» kəlməsi burada dillər əzbəridir. Pis aeroportların siyahısında ikinci yeri Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz beynəlxalq aeroportu tutur. Xatırladaq ki, Həcc ziyarətinə gedənlər məhz bu aeroportdan istifadə edirlər. Hava limanının reytinqdə aşağı yer tutmasının bir səbəbi də bu amil olub. Səyahətçilər də bu aeroportun xüsusilə Həcc terminalını izdihamlı, xaotik və natəmiz sayıblar. Amma bu aeroportda səyahətçiləri ən çox əsəbiləşdirən cəhət işçilərin özlərini aparmağıdır. Səyahətçilər bildirir ki, burada işçilər iş stolu arxasında qətiyyən tələsmirlər, «təcililik hissindən məhrumdurlar», üstəlik ya bir-biri ilə söhbət edir, ya da mobil telefonda qurdalanırlar. Qeyd edək ki, gələn il Ciddədə yeni aeroportun işə düşməsi gözlənilir.

Üçüncü yeri isə Nepalın paytaxtı Katmandudakı «Tribxuvan» beynəlxalq aeroportu tutur. Araşdırmaçılar qeyd edir ki, bu ilin martında aeroportun uçuş enmə zolağının asfaltı soyularaq yararsız hala düşüb. Apreldə isə baş verən zəlzələ uçuş zolağını tamamilə dağıdıb. Amma problemlər təkcə bu deyil. Avtobus stansiyasına oxşayan aeroportda ayaq yolu problemi var. Hətta bəzi səyahətçilər etiraf edib ki, ayaqyoluna daxil ola bilmək üçün özlərini susuz göstəribər.

Pis aeroportların ilk 10-lüğünü Fransanın Bove hava limanı tamamlayır. Fransızların bu syahıya düşməsinin səbəbi nəzakətsiz personal, internetin baha olması və kresloların olmamasıdır.

Beləliklə, dünyanın ən pis 10 aeroportunun tam siyahısı belədir: 1. Port-Harkurt beynəlxalq aeroportu (Nigeriya) 2. Kral Əbdul Əziz beynəlxalq aeroportu (Ciddə, Səudiyyə Ərəbistanı) 3. Tribxuvan beynəlxalq aeroportu (Katmandu, Nepal) 4. Daşkənd beynəlxalq aeroportu (Özbəkistan) 5. Simona Bolivar adına beynəlxalq aeroportu (Karakas, Venesuela) 6. Tussen-Luvertura beynəlxalq aeroportu (Port-o-Prens, Haiti) 7. Hamid Karzay beynəlxalq aeroportu (Kabul, Əfqanıstan) 8. Tanşonnyat beynəlxalq aeroportu (Hoşimin, Vyetnam) 9. Benazir Bhutto adına beynəlxalq aeroport (İslamabad, Pakistan) 10. Bove beynəlxalq aeroportu (Paris)

Dünyanın ən yaxşı aeroportu isə ildə 50 milyon sərnişin daşıyan Dubay aeroportu seçilib.

OXŞAR XƏBƏRLƏR