Eyni masada yemək yeyən yəhudi ilə ərəbə 50 faiz endirim edilir

Xəbərlər 28 Oktyabr 2015 00:00 839
Eyni masada yemək yeyən yəhudi ilə ərəbə 50 faiz endirim edilir

İsrailin Netanya şəhərində insanları sülhə dəvət etmək üçün maraqlı bir addım atılıb. Belə ki, Kfar Vitkin adlanan qəsəbədə fəaliyyət göstərən restoranlardan biri eyni masada yemək yeyən yəhudi ilə ərəbə qiymətlərdə 50 faiz endirim tətbiq edir. Oktyabrın 13-dən etibarən başlayan kampaniya bir çoxları tərəfindən rəğbətlə qarşılanıb. “Times of İsrael” saytına açıqlama verən restoran müdiri Kobi Tzafrir bu addımın insanlar tərəfindən bəyənildiyini və sözügedən kampaniyaya xeyli sayda müştərinin qatıldığını bildirib: “Biz burada yemək yeyən insanları ərəb və ya yəhudi deyə ayırmırıq. Ən gözəl ərəb xumusu (Yaxın Şərqdə geniş yayılmış yemək növü, noxuddan hazırlanan püre) və ən keyfiyyətli yəhudi falafeli (qızardılmış noxud və ya paxla) bizdədir”.

Restoran öz “facebook” səhifəsində insanlara dostluq və qardaşlıq mesajı göndərib. Burada müsəlmanlara halal yeməklər verildiyi kimi, eyni zamanda yəhudilər üçün də spirtli içkilər də təqdim edilir. Hər kəsin seçiminə hörmətlə yanaşan restoran sahibi “Çünki əsl qardaşlıq bu cür hörməti tələb edir”, - deyə bildirib.

OXŞAR XƏBƏRLƏR