"Türk Hava Yolları" aviaşirkəti Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərindən bir sıra xarıci ölkələrə həyata keçirdiyi reyslərə endirim aksiyası keçirir.
Seyyah.az bildirir ki, şirkətdən verilən məlumata görə, aviabiletlər noyabrın 1-dən 30-dək satılacaq, uçuşlar isə noyabrın 1-dən gələn ilin martın 31-dək həyata keçirilməlidir.
Rezerv olunan biletlər maksimum 3 gün içində alınmalıdır. Məntəqədə minimum qalma müddəti iki gün, maksimum isə bir aydır.
| Gəncə | Tel-Əviv | 330 avro |
| Gəncə | Lyublyana | 349 avro |
| Gəncə | Düsseldorf | 406 avro |
| Gəncə | Berlin | 403 avro |
| Gəncə | Dnepropetrovsk | 307 avro |
| Naxçıvan | Lyublyana | 356 avro |
| Naxçıvan | Roma | 355 avro |
| Naxçıvan | Tel-Əviv | 329 avro |
| Naxçıvan | Barselona | 373 avro |
| Naxçıvan | Berlin | 329 avro |
*Qeyd edək ki, qiymətlər hər iki istiqamət üçün nəzərdə tutulub.