Yeni istirahət və müalicə ocağı - Mərkəzi Hərbi Sanatoriya

Xəbərlər 30 Oktyabr 2015 00:00 11030
Yeni istirahət və müalicə ocağı - Mərkəzi Hərbi Sanatoriya

Azərbaycanda daha bir istirahət və müalicə mərkəzi - “Mərkəzi Hərbi Sanatoriya” qapılarını istifadəçilərin üzünə açıb. Vaxtilə “Göradil Hərbi İstirahət Evi”  kimi tanınan istirahət mərkəzi yenidən qurularaq aprel ayından Müdafiə Nazirliyinin “Mərkəzi Hərbi Sanatoriya”sı kimi istifadəyə verilib. Bu sanatoriya Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Fatmayı bağlar massivində  7,6 hektar ərazidə yerləşir. Sanatoriyanın ərazisinin 1,5 hektarını qazon və yaşıllıq sahələri təşkil edir. Ərazidə 2500-ə yaxın dekorativ və meyvə ağacları, güllər və bəzək kolları əkilib.

 

Yerləşmə və qalma şəraiti

“Mərkəzi Hərbi Sanatoriya”da istirahətçilərin yerləşməsi üçün sanatoriyanın ərazisində beş yataq korpusu, beş ədəd kottec var. Yataq korpusu hər biri 2 otaqdan ibarət olan, müasir tələblərə cavab verən nömrələrdən ibarətdir. Nömrələr məişət avadanlıqları (televizor, soyuducu və kondisioner) ilə də təchiz edilib. Kotteclər isə 3 otaq və mətbəxdən ibarətdir, burada da müasir məişət avadanlıqları (televizor, elektroçaydan, soyuducu, kondisioner) var. Bundan başqa, kompleksdə idman kompleksi, iki sauna ilə təchiz edilmiş dörd yollu 25 metr uzunluqda olan örtülü hovuz, futbol meydançası, kafe, mağaza, böyük tennis kortu, bilyard, trenajor zalı, uşaq bağçası və.s var. 

 

Ölkədə ilk dəfə maral buynuzu ilə müalicə

Sanatoriyada Azərbaycan da ilk dəfə olaraq, analoqu olmayan  Altay dağ marallarınin buynuzlarının sümükləşməmiş vaxtında götürülüb hazırlanan,  Maral pantı vannaları istifadəyə verildi. Maral pant vannası bir çox xəstəliklərdə :

1.  Dayaq – hərəkət sisteminin xəstəliklərində  (ostexondrozlarda, osteoartrozlarda və s.)

2.  Uroloji xəstliklərdə ( xroniki prostatitlərdə, impotensiya və s.)

3.  Ginekoloji xəstəliklərdə  ( xroniki adneksit, klimakterik sindrom və s.)

4.  Dəri  xəstəliklərində ( dermatit, neyrodermit və s.)

5.  Sinir sistemi xəstəliklərində ( depresiyada, yuxusuzluqda, radikulit,miqren və s.)

6.  Fiziki və zehni yorğunluqda  və s. tətbiq edilir.

 

Tərkibində amin turşuları, yağ birləşmələri, fostolipidlər, cinsiyyət hormonları, böyük miqdarda mikroelementlər olan  Maral pant vannaları, həm də Mg defisitini aradan qaldırır. Maral  pantının tərkibində olan Şam ağacı yağ iltihab əleyhinə və ağrı kəsici təsiri ilə osteoxondrozlarda, osteoartrozlarda yaxşı müalicəvi effekt göstərir. Mg  insan sağlamlığı üçün mütləq komponentdir.

 

Bundan başqa, “Mərkəzi Hərbi Sanatoriya“da Pediatrik və Terapevtik xəstəliklərin   müayinə və müalicəsi mümkündür:

 

1. Kompüter diaqnostika

2. Ozonoterapiya

3. Onurğanın dartılması

4. Müalicəvi bədən tərbiyəsi

5. Psixoterapiya

6. Fizioterapiya və.s

 

İstirahət və müalicə qiymətləri

Müdafiə Nazirliyinin “Mərkəzi Hərbi Sanatoriya“ həm  hərbi qulluqçuların və onların ailə üzvlərinin, həm hərbi təqaüdçilərin, həm də mülki şəxslərin keyfiyyətli istirahət və müalicəsini təşkil edir.

Sanatoriyada 1 , 7 və 14 günlük istirahət mümkündür. Burada müalicə və yaşamaq çox ucuzdur və mülki şəxslər üçün 1günlük istirahət cəmi 30 azn-ə başa gəlir. Bu məbləğə gündə 3 dəfə yemək (qəlyanaltı, nahar, şam), sauna, hovuz, gündə 2 dəfə dənizə səyahət, idman alətlərindən və meydançdan istifadə dacildir. Müalicə xərcləri əlavə ödənilir. Amma bu da yüksək deyil və 14 gün üçün təqribən 500 manat ətrafındadır. Sanatoriyadakı şərait və burada müalicə imknaları barədə daha ətraflı məlumatı www.herbisanatoriya.az   səhifəsindən almaq olar.  

 

 

 

OXŞAR XƏBƏRLƏR