İndoneziyaya vizasız gedə biləcəksiz-noyabrdan

Çu qərar yalnız turist məqsədilə səfər edənlərə şamil olunur
Xəbərlər 30 Oktyabr 2015 00:00 710
İndoneziyaya vizasız gedə biləcəksiz-noyabrdan

İndoneziya noyabrın 1-dən başlayaraq Azərbaycan vətəndaşları üçün səfər vizasını aradan qaldırıb.

Bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
 
Məlumata görə, bu qərar yalnız turist məqsədilə səfər edənlərə şamil olunur. Belə ki, azərbaycanlı turistlər 30 gün ərzində bu ölkəyə vizasız gedə biləcəklər.
 
Biznes, iş və digər məqsədlərlə səfər edənlər isə viza almalı olacaqlar.
 
Qeyd edək ki, bir müddət əvvəl İndoneziya prezidenti Coko Vidodonun imzaladığı fərmanla Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün səfər vizası aradan qaldırılıb. Belə bir qərar ölkəyə gələn turistlərinin sayının artırılması və iqtisadiyyatın stimullaşdırılması məqsədilə qəbul olunub.
 
Səfər vizasından azad edilən ölkələr arasında bir sıra Avropa, Afrika ölkələri ilə yanaşı sabiq sovet respublikalarından Azərbaycandan əlavə Belarus, Estoniya, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan, Rusiya da var.

Gün.Az

OXŞAR XƏBƏRLƏR