Hansı şirkətlə uçmaq sərfəlidir? – LONDON, PARİS, NYU-YORK

Xəbərlər 4 Noyabr 2015 00:00 1146
Hansı şirkətlə uçmaq sərfəlidir? – LONDON, PARİS, NYU-YORK

2016-cı ili Eyfel qülləsinin işığında, ya da Temzadakı kruiz gəmisində bayram süfrəsi qarşısında qeyd etməyi kim istəməz ki…

Azərbaycanda Yeni ili qeyd etmək üçün səyahət seçiminə başlanıb. Ölkə vətəndaşlarının bir hissəsi 2016-cı ili xaricdə qarşılamaq niyyətindədir. Belələri ya turizm şirkətlərinə üz tutur, ya da aviaşirkətlər və xarici otellər vasitəsilə özlərinə «Krismas» səyahəti qururlar. Bunların arasında Yeni ilk Britaniya, Fransa və ABŞ-da qarşılamaq istəyənlər də az deyil. Həmin şəhərlərə təyyarə uçuşları çox olduğuna görə, bəzən seçim asan olmur. Bunu nəzərə alaraq fins.az ən populyar istiqamətlərə uçuş biletlərinin müqayisəli qiymətlərini təqdim edir. Biletlərin qiymətləri öyrənilərkən Yeni İl səyahəti üçün əldə edilməsi nəzərə alınıb, yəni səyahətçinin dekabrın 29-da gedib, yanvarın 5-də qayıtması əsas götürülüb.

İlkin araşdırmalar göstərir ki, uçuşlar bir-birlərindən təkcə qiymətinə görə yox, uçuş müddətinə və rahatlığına görə fərqlənir. Bəzi hallarda qiyməti sərfəli olan uçuşlar zamanı daha çox vaxt itirilir və ya əksinə. Hər halda potensial müşərilər bu araşdırmanın köməyi ilə özlərinə uyğun olan variantları seçə bilərlər.

Aviaşirkətlər

İstiqamət

Qiymət

Çatma müddəti

Gözləmə müddəti

 NYU-YORK 
AZAL Nyu-York 1 080 manat Gediş- 12s. 55 dəq.Dönüş- 10s. 30 dəq.  
Türk Hava Yolları Nyu-York 836 manat Gediş- 16 s. 10 dəq, Dönüş-  19 s. İstanbulGediş- 1 s. 25 dəq.Dönüş- 6 s. 30 dəq. 
British Airways Nyu-York 908 manat Gediş- 23 . 40 dəq.Dönüş- 15 s. 40 dəq. LondonGediş- 9s. 40 dəq.Dönüş- 2s. 55 dəq.
Aeroflot Nyu-york 1 122 manat Gediş- 15 s. 35 dəq.Dönüş- 15 s. 35 dəq. MoskvaGediş- 1s. 40 dəq.Dönüş- 3 s. 40 dəq
Ukrayna Beynəlxalq Hava Yolları Nyu-York 1 139 manat Gediş- 16s. 20 dəq.Dönüş- 15s. 35 dəq. KiyevGediş- 1s. 50 dəq.Dönüş- 3s. 40 dəq.
 PARİS 
AZAL Paris 562 manat Gediş- 5 s. 30 dəq.Dönüş- 5 s. 10 dəq.  
Türk Hava Yolları Paris 455 manat Gediş- 9 s.5 dəq Dönüş- 7s. 45dəq İstanbulGediş- 2 s. 15 dəq.Dönüş- 1 s. 10 dəq.
British Airways Paris 552 manat Gediş- 16 s. Dönüş- 20 s. 45dəq. LondonGediş- 8s. 40 dəq.Dönüş- 13s. 45 dəq.
Aeroflot Paris 644 manat Gediş- 8s. 40dəq.Dönüş- 8 s 35dəq. Moskva Gediş- 1s. 20dəqDönüş- 2 s.
 LONDON 
AZAL London 607 manat Gediş- 6s.Dönüş- 5s. 30dəq.  
British Airways London 442 manat Gediş- 6s. 5dəq.Dönüş- 5s. 40dəq.  
Türk Hava Yolları London 464 manat Gediş- 13s. 35dəq.Dönüş- 11s. 55dəq. İstanbulda Gediş- 6s. 25dəq.Dönüş- 5s. 5dəq.
OXŞAR XƏBƏRLƏR