Dünyanın 9 qeyri-adi oteli – Siyahıda Azərbaycan da var

Siyahıda Azərbaycanda fəaliyyətə başlayacaq “Hotel Crescent”də yer alıb
Xəbərlər 4 Noyabr 2015 00:00 2295
Dünyanın 9 qeyri-adi oteli – Siyahıda Azərbaycan da var

Rusiyanın “Topnews.ru” saytı dünyanın yaxın günlərdə fəaliyyətə başlayacaq ən qeyri-adi otellərinin siyahısını hazırlayıb. 

Siyahıda Azərbaycanda fəaliyyətə başlayacaq “Hotel Crescent” mehmanxanası da yer alıb.

Siyahını təqdim edirik:

“Shimao Wonderland InterContinental ” (Şanxay)

2017-ci ildə fəaliyyətə başlayacaq otelin 328 otağı var.

“Poseidon Underwater Resort” (Fici)

O dünyada su ilə əhatə olunmuş ilk oteldir. 

“Keemala Resort ” (Tailand)

Nağıllar aləmini xatırladan otel sakit və təbiət qoynunda tikilir.

“Lofoten Opera Hotel” (Norveç)

İlan formasında olan bu otel yaxın günlərdə ilk qonaqlarını qəbul edəcək.

“Hotel Crescent” (Azərbaycan)

Möhtəşəm otel 2016-cı ildə fəaliyyətə başlayacaq.

“Amillarah Private Islands” (Dubay)

Otelin hər otağı süni salınmış adada qurulub.

“Royal Atlantis” (Dubay)

Tikilişinə 1,2 milyard dollar xərclənənən otelin 2018-ci ildə fəaliyyətə başlaması gözlənilir.

“Salt&Water” (Serbiya)

Üzən otel katamaran formasındadır. Onunla gəmi kimi gəzintiyə çıxmaq mümkün olacaq. 

“Dawang” (Çin)

300 otaqdan ibarət olan mehmanxana 2016-cı ildə fəaliyyətə başlayacaq.

 

OXŞAR XƏBƏRLƏR