1000 dollara 1 aylıq istirahətin mümkün olduğu ölkələr

Bu ölkələrin hər birində günü 15 dollardan gecələmək mümkündür
Xəbərlər 5 Noyabr 2015 00:00 809
1000 dollara 1 aylıq istirahətin mümkün olduğu ölkələr
Türkiyənin haberturk.com saytı min dollara bir aylıq istirahətin mümkün olduğu ölkələrin siyahısını verib. Siyahı ömrünün 1550 gününü səyahətdə keçirən bir blogerin fikirlərinə əsaslanıb. Blogerə görə, turistlər Slovakiya, Sloveniya, Xorvatiya, Bosniya-Hersoqovina, Serbiya, Makedoniya, Ruminiya, Moldova, Estoniya və Latviya kimi ölkələri az pul xərcləməklə kəşf edə bilərlər.
 
Bu ölkələrin hər birində günü 15 dollardan gecələmək mümkündür. Gündəlik yemək xərci isə 2-10 dollara başa gəlir.
 
Dünyanın ən ucuz istirahət bölgələri Asiyadadır
 
Şimali və Cənubi Amerika qitələrində yerləşən bəzi dövlətlər də bu kateqoriyaya aid edilib. Bu ölkələrdə bir aylıq istirahətin maksimum qiyməti 1000 dollardır.  Aralarında ən ucuzu Meksikadır. Sonrakı yerlərdə Panama, Kosta-Rika, Nikaraqua, Honduras, El-Salvador, Qvatemala gəlir.
 
Dünyanın ən ucuz istirahət bölgələri isə Asiyada yerləşir. Qərbi Asiya ölkələrində 1 aya 500 dollar xərcləməklə də istirahət etmək olar. Tailand, Kamboca və Vyetnam həmin ölkələrdəndir. Növbəti yerlərdə Malaziya, İndoneziya, Myanma, Banqladeş, Nepal, Şri-Lanka və Hindistan gəlir.
 
Qeyd edək ki, Qərbi Asiya ölkələrində 1 aya 500 dollara istirahət mümkün ola bilər. 
 
OXŞAR XƏBƏRLƏR