"Azərbaycan Hava Yolları" QSC daxili aviareyslərini bərpa edir. Belə ki, bu həftədən etibarən Bakı-Lənkəran-Bakı aviareyslərinin yerinə yetirilməsinə başlanılacaq.
Uçuşlar noyabrın 8-dən etibarən (həftədə bir dəfə) həyata keçiriləcək. Təyyarə saat 12:50 radələrində Bakıdan havaya qalxacaq. Uçuş müddəti 1 saat təşkil edir. Təyyarə həmin gün saat 20:10-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Bakı-Lənkəran-Bakı aviareysi "Embraer 70" tipli təyyarə ilə yerinə yetiriləcək.
Hələlik bu reys elektron satış sisteminə daxil edilməyib. Bir istiqamətdə biletin qiymətinin isə təxminən 40-50 manat olacağı gözlənilir.
Xatırladaq ki, sonuncu dəfə bu marşrutla aviareyslər 2012-ci ilin yazında yerinə yetirilib. Lənkəran hava limanı 2008-ci ildə istismara verilib və beynəlxalq statusa malikdir.
Biletləri sifariş etmək üçün bu nömrələrə zəng etmək olar:
MERİDİAN TRAVEL
Ünvan: Bakı, Koroğlu Rəhimov 61 B
Tel: 012 437 95 75 ; 012 4659811; 050 9880030
email: avia@meridiantravel.az