Təyyarədə etdiyi zarafat sərnişinə 66 min dollara başa gələ bilər

Xəbərlər 6 Noyabr 2015 00:00 811
Təyyarədə etdiyi zarafat sərnişinə 66 min dollara başa gələ bilər

Tailandın paytaxtı Banqkok şəhərində yerləşən “Don Mueang” hava limanında “Thai Lion” aviaşirkətinə məxsus təyyarə uçuşa hazırlaşarkən sərnişinlərdən biri çantasında bomba olduğunu söyləyərək zarafat edib.

“airporthaber.com” saytı xəbər verir ki, Tailand Dövlət Dəmir Yollarınin işçisi Piçit Bundayenq adlı həmin sərnişin zarafat etdiyini dəfələrlə söyləsə də onun sözlərinə məhəl qoyulmayıb və təyyarədə araşdırılma aparılıb, dərhal təyyarə boşaldılıb, bomba zərərləşdirən qrup təyyarənin hər yerini və bütün çantaları ətraflı araşdırıb. Banqkokdan Hat Yai şəhərinə uçuşa hazırlaşan SL 8536 saylı təyyarə zarafat nəticəsində 6 saat gecikib.

“Thai Lion” aviaşirkəti nüfuzuna xələl gətirən bu zarafat üçün 60 min dollar təzminat istəyib. Yanlış məlumat vermə və təyyarənin təhlükəsizliyini şübhə altına atmaqda günahlandırılan sərnişinə qarşı aeroportun təhlükəsizlik xidməti tərəfindən açılan cinayət işi əsasında isə Piçit Bundayenqi 5 ilə qədər həbs və yaxud 6 min dollar cərimə gözləyir.

Bundayenq ilk dəfə təyyarəyə mindiyini söyləyib və hadisəni belə izah edib: "İlk dəfə təyyarəyə minmişdim və təyyarədəki qaydalarla bağlı məlumatım yox idi. Etdiyim zarafatın nəticəsinin nə olacağını da çox düşünmədim. Sadəcə təyyarədəki stüardessaya sataşmaq istəyirdim. Çünki çox gözəl bir qız idi. Ümid edirəm ki, mənim vəziyyətim digər insanlara bir dərs olar”.

"Azərtac"

OXŞAR XƏBƏRLƏR