Noyabrın 7-dən etibarən «AZAL»-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri «Boeing 787-8» Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək. AZAL-dan verilən məlumata görə, bu reysin sərnişinləri 3 fərqli səviyyədə xidmət ala biəcəklər. Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.
Qiymətlər 700-2972 manat arasındadır
Bu siniflərdə qiymətlər bir birindən dəfələrlə fərqlənir. Belə ki, Bakıdan Nyu-Yorka gediş gəliş qiyməti Ekonom sinfi üzrə 700 manat, Biznes sinfi üzrə 1942 manat, Lüks sinfi üzrə isə 2972 manat ətrafındadır.
Təyyarə sınaqdan keçirilib
AZAL bildirir ki, «Boeing-787-8» Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir. Bu uçuşu həyata keçirəcək “Boeing-787-8” Dreamliner təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələr alınıb.
Nyu-York reysi həftədə iki dəfə olacaq
Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30 çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.
Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles).
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: +(99412) 598-88-80, *8880 e-mail: callcenter@azal.az
fins.az