"Şahdağ"da Yeni il bayramı – 370 manata

Xəbərlər 7 Noyabr 2015 00:00 1906
"Şahdağ"da Yeni il bayramı – 370 manata

Bakıdan 200 kilometr şimalda, “Şahdağ” Dağlıq Kurortunda yerləşən, dəbdəbəli  “Pik Palace” Şahdağ Oteli təntənəli Yeni İl bayramı təşkil edəcək.

Otelin yaydığı məlumata görə, Siz Dekabrın 31-dən Yanvarın 4-dək Yeni İli əzəmətli dağlar ilə əhatəli sarayda qeyd edərək bu bayramı unudulmaz edə bilərsiniz.

Otelin “Acacia” ziyafət zalında Şou proqram keçiriləcək və Qala şam yeməyi veriləcəkdir. Qala Gecənin qiyməti 1 nəfər üçün 370 AZN-dir. 12 yaşa qədər uşaqlar üçün 50% endirim təklif olunur. Otaq qiymətləri isə, səhər yeməyi və ƏDV daxil olmaqla 282 AZN-dən başlayır və 4 gecəlik gecələmə şərtdir. Digər şərtlər tətbiq olunur.

Qala gecədə Tünzalə Ağayevanın solo konserti, Azərbaycan və xarici mahnıların məşhur ifaçısı Jazzberry Musiqi Qrupu və Camal Eminli, rəqs qruplarının rəngarəng çıxışları, yarışmalar, atəşfəşanlıq nəzərdə tutulur. Həmçinin Ukraynadan DJ Anastasia Feldman dəvət edilib. Gecənin aparıcısı Cavid Gül-dür.

31 Dekabr günü gün ərzində oteldə və açıq havada uşaqlar üçün Şaxta Baba ilə əyləncə proqramları, Pik Palace Otelinin lobbisində Yeni ili təntənəli qarşılama tədbiri nəzərdə tutulur.

Qala Şənliyinin menyusuna zəngin isti və soyuq qəlyanaltılar, salatlar, əsas yeməklər, desertlər  daxildir.

1-4 Yanvar tarixində isə müxtəlif yaş qrupları üçün əyləncə proqramlar, tarixi abidələrə, etnik görməli ərazilərə (Ləzə kəndi) turistik səyahətlər, eko turlar və nadir donmuş şəlalələrə səyahət, Xizək, snoubord,  dağ velosipedləri ilə gəzinti, dağa dırmaşma və s. nəzərdə tutulur.

Əzəmətli dağlar arasında yerləşən Pik Palace Şahdağ Oteli cütlüklər, ailələr və fərdi qonaqlar üçün 167 geniş qonaq və lüks otağlarla maksimum rahatlığı təmin edir.

 Marja.az

OXŞAR XƏBƏRLƏR