Bakı-Kazan təyyarə reysi açılacaq

Kazandan Bakıya uçuşlar hər cümə axşamı yerli vaxtla 13:30, Bakıdan Kazana - yerli vaxtla 8:30 radələrində həyata keçiriləcək.
Xəbərlər 3 Mart 2014 00:00 1744
Bakı-Kazan təyyarə reysi açılacaq

“Utair Hava Yolları Şirkəti” ASC 6 mart 2014-cü il tarixindən etibarən Kazan-Bakı reysi ilə uçuşlara başlamağı planlaşdırır. Seyyah.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunur. Uçuşlar “Utair” şirkətinin 737-500 təyyarələri ilə həyata keçiriləcək.

Kazandan Bakıya uçuşlar hər cümə axşamı yerli vaxtla 13:30, Bakıdan Kazana - yerli vaxtla 8:30 radələrində həyata keçiriləcək.

“Utair” – Rusiya və xarici aviaşirkətlər qrupudur. ASC Rusiyada ən iri şirkətlərdən biridir. Şirkət həm Rusiya, həm də xaricdə müntəzəm sərnişin və çarter daşımaları həyata keçirir. O cümlədən, Rusiyada ən iri helikopter daşıyıcıları operatorudur (dünyada ən böyük Rusiya istehsalı helikopterlər parkı). Aviaşirkətin mənzil-qərargahı Xantı-Mansisysk şəhərində yerləşir. Əsas baza aeroportları – Tümen (Roşino), Surqut və Moskva (Vnukovo) şəhərlərindədir.

OXŞAR XƏBƏRLƏR