“Qarant Sığorta” oktyabr ayında səyahət sığortası üzrə ödənişlərini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ötən ay 2 hadisə üzrə 938 manat ödəniş edilib.Turistlərlə bağlı hər iki arzuolunmaz hadisə Türkiyədə baş verib.
Sığorta hadisələrindən biri Bodrumda baş verib. Avqustun 25-də səyahət zamanı sığortalı müştərinin uşağı xəstələnib. Ürək bulanması, qızdırma, soyuqdəymə ilə bağlı uşaq dərhal klinikaya çatdırılıb. “Qarant Sığorta” bu səyahət sığortası hadisəsi üzrə 366 manat ödəniş edib.
Digər hadisə sentyabrın 11-də Kəmər bölgəsində baş verib.Yoluxucu infeksiya yerli turistin istirahət planlarını pozub. Sığortalı müştəri klinikada müalicə edilib. Sığorta şirkəti müştərinin tibbi xərcləri ilə əlaqədar 572 manat ödəniş edib.
fins.az