Daha bir ölkəyə vizasız gedəcəyik

Xəbərlər 12 Noyabr 2015 00:00 871
Daha bir ölkəyə vizasız gedəcəyik

Azərbaycan vətəndaşları Vyetnamda vizasız istirahət edə biləcəklər. Seyyah.az Trendə istinadən məlumat verir ki, bu barədə Vyetnam Baş naziri fərman imzalayıb. Fərmana əsasən, gələn ildən etibarən yerli vətəndaşlar Vyetnama vizasız səyahət edə biləcəklər. Qərar bütün ölkələr üçün keçərlidir. Fərman qüvvəyə minən gündən etibarən gələn turistlərdən yalnız aldıqları turpaketin əsasında dəvətnamə tələb ediləcək. Növbəti ilin turizm mövsümündə Vyetnamı 8 milyondan çox xarici turistin ziyarət edəcəyi gözlənilir. Hazırda Azərbaycan vətəndaşları Vyetnama giriş zamanı 45 ABŞ dollarına viza əldə edirlər.

Xatırladaq ki, bir qədər əvvəl İndoneziya da Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edib

OXŞAR XƏBƏRLƏR