Azərbaycan Hava Yollarının Bakı-Paris istiqamətində təxirə salınan heç bir reysi yoxdur. Bu barədə AZAL-dan məlumat veriblər. Qeyd olunub ki, həmin istiqamətdə uçan təyyarə artıq yola salınır, hər hansı gecikmə və ya təxirəsalınma yoxdur. Növbəti günlərdə də Bakı-Paris reysində hər hansı təxirə salınmaz gözlənilmir.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən terror aktları ilə əlaqədar olaraq “Türk Hava Yolları” və American Airlines“ Fransa şəhərlərinə olan bütün reyslərini ləğv ediblər.
Fins.az