“Bataqlıq ərəbləri” - FOTOLAR

İranın cənub-şərqində, Dəclə və Fərat çaylarının qovuşduğu bir məkanda fərqli kültür və yaşam tərzləri ilə seçilən “bataqlıq ərəbləri” məskunlaşıb.
Xəbərlər 16 Noyabr 2015 00:00 1744
“Bataqlıq ərəbləri” - FOTOLAR

Seyyah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların yaşamaq üçün bataqlığı seçməsi çox insanda təəccüb doğurur. Belə ki, “mudhif” adlanan evlərini tikmək üçün əvvəlcə bataqlıqda palçıq və daşlardan kiçik adalar hazırlayan bu insanlar evlərin tikintisində də fərqli bir yol seçib. Şüşə, mıx və taxtadan istifadə etməyən “bataqlıq ərəbləri”, demək olar ki, üzən evlərdə yaşayan ən böyük tayfalardan biridir.

Ərazi uzun illər Səddam rejimindən qaçan müxaliflər üçün sığınacaq rolunu oynayıb. Bundan başqa, “Bataqlıq ərəbləri” 1991-ci ildə rejimə qarşı aksiyalara dəstək verdikdən sonra sərt cəzalandırılıb. Bataqlığın su qaynaqları qurudulduğu üçün bölgə tez bir zamanda çölə dönüb. Həmin illərdə yaşaya bilməyən çox insan ərazidən köçməyə başlayıb və 500 min əhalisi olan cəmiyyətdən sadəcə 1600 nəfəri qalıb.

Səddam rejimi devrildikdən sonra bu mədəniyyətin yaşaması üçün yenidən tədbirlər görülməyə başlanılıb. Hazırda suyun səviyyəsi normallaşır və vaxtilə ərazidən köçüb gedən insanlar yavaş-yavaş öz yurdlarına qayıdır. Ancaq bütün bunlara rəğmən hələ də bölgədə təmiz su, elektrik, sağlıq və təhsil kimi problemlər yaşanır. “Bataqlıq ərəbləri”nin özünəməxsus mədəniyyətinin qorunub saxlanması üçün xüsusi dəstəyə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR