Dubai – müasir ərəb nağılı

Dubaya ilk və hələki son dəfə 5il əvvəl yanvar ayında getmişdim. Ancaq əminəm ki , ən qısa zamanda ora bir daha yenə qayıdacam.
Xəbərlər 18 Noyabr 2015 00:00 6202
Dubai – müasir ərəb nağılı

 Bakıdan Dubaya  hər gün bir başa reys var. Həm Azal , həm də Flydubai ucur.  Büdcənizə uyğun reysi seçə bilərsiniz.

Dubay vizası elektron eldə edilir . Qiyməti 78 usd dolları edir. Viza almaq üçün hər hansı bir tur firmaya yaxınlaşıb turunuzu əldə etdikdən sonra pasportunuzun rəngli , scan edilmiş formasini təqdim etməniz yetərlidi. Ümumiyyetlə  dubay çox nadir istiqamətlərdən birisidir ki , ora getmək üçün boşuna özünüzə əziyyət verib online saytlarda vaxt itirməyin . Tur firmalarda hər zaman daha ucuz olacaq . Yox əgər dubayda qalmağa yeriniz varsa və otel sizə lazım deyilsə bu zaman gedish və dönüş biletinizi Flydubaidən alsanız onlar otel almadığınız halda belə sizə viza ilə bağlı köməklik edəcəklər. Səhv etmirəmsə qiyməti 99 usd olmalıdı. Yox əgər mən Flydubai kimi  hörmətsiz hava yolları ilə heç bir halda ucmaq istemirem deyirsinizsə o zaman dubaya otel almadan viza düzəldən firmaları tapmanız lazım. Bildiyim qədər hər firma bunu etmir.

 

Dubai (1)

Ümumiyyətlə 1940-cı ilədək Dubay çox kasıb, yaşayış şəraiti ağır olan, başdan ayağa səhralıq, dözülməz isti iqləmli, münbit torpağı olmayan, təbii su ehtiyatı az olan bir ölkə idi. Yalnız torpaqlarında nefti kəşf etdikdən sonra həyatları başdan ayağa  dəyişdi. Görünür uzun müddət şəraitsizlikdən , yoxsulluqdan əziyyət çəkən ərəblər əllərinə pul düşər düşməz dünyanın ən hündür, ən böyük, ən enli, ən dərin, ən bahalı bir sözlə  ən maraqlı və fərqli layihələrinə imza atdılar.  Dubaya gedəsi olsanız “dünyanin ən” ilə başlayan cümlələrində adı keçən bir çox şeyi görə bilərsiniz.

Dubaya süni şəhərdi deyənləri anlamıram. İnsanlar səhralıqdan dünyanın ən gözəl şəhərlərindən birini yaradıblar. Əgər tarixi binaları dağıdıb yerində Burj Xalifa tikmiş olsaydılar mən də bu düşüncədə olardım . Ancaq insanlar sadəcə qumluq və boş bir ərazidə çox gözəl şəhər qurublar. Sırf bu gözəlliyə göre il ərzində milyonlarla turist qəbul edirlər.

Bakının küləkli, qumlu ,soyuq havasından bir neçə günlük  belə uzaqlaşmaq üçün dubay yaxşı variantdi. Bir anda təyyarədən paltoda papaqda günəşli bir şəhərə enmiş olacaqsınız. Otele çatana qədər istidən bir təhər olmamaq üçün məsləhət görürəm ki teyyarədə geyiminizi dəyişin.

taski

Aeroportdan şəhər mərkəzinə  taksi ilə təxminən 25 Aed ödəyərək çata bilərsiniz. Daha ekonomiya etmək istəsəniz Terminal 1-dən mərkəzə metro gedir.   Əgər sürücülük vəsiqəniz varsa mütləq aeroportdan maşın kirayə götürün. Biz gedərkən maşın kiralamışdıq deyə çox rahat oldu. Nə qədər mən shopping sevmirəm deyen birisi olsaq belə dubai elə bir yerdi ki orda adam mütləq nəsə almaq istəyir. Hər tərəfdə belə ortam yaradıblar kı adam özünü nəsə almağa məcbur hiss edir. Hər dəfə də alış verişdən sonra otelə qayidib paketləri qaymamaq üçün maşın ən ideal variantdi. Yox əgər sürücülük vəsiqəniz yoxdursa, maşın götürməmisinizsə o zaman alış veriş etdikdən sonra otelinizin adini ve qaldığınız otaq nömrəsini mağazaya bildirin onlar özləri alınan malları otelə göndərirlər. Hətda siz axsam otelə qayitdığınız zaman eşyalar sizi orda gözləmiş olacaq. 

gər Dubaya 3-4 nəfər birlikdə getmisinizsə və maşın kiralamamısınızsa o zaman ən sərfəlisi və rahatı taksidən istifadə etməkdir. Bütün taksilərdə sayğac var. Oturan kimi 5 Aed artıq xidmət haqqı olaraq yazılmış olur. Məncə çox münasib qiymətdi. Dubay taksiləri süd rəngində olurlar və digər əmirliklərin taksilərindən onları fərqləndirən bir tək rəngləridi. Birdə sırf qadınlar üçün olan taksilər var, hansının kı üstü çəhrayı rəngdə olur və sürücüləri də qadın olur. Dunayda yoldan taksi tuta bilməzsiniz , mütləq əvvəldən sifariş vermək lazımdı. Öncədən sifariş olunmayan taksilər yalnizca aeroport çıxışında, xəstəxanaların və mall-ların önündə olurlar.

dubai-metro-photo

Yox əgər tək başına səyahət edirsinizsə metrodan istifadə daha ekonom olacaq əlbətdəki. Dubay metrosu çox təmiz , səliqəli , kondisioneri olan bir yerdi. Məsləhətdir ki  gedən kimi gümüş kart  alın.Çox gəzəcəksinizsə bir dəfəlik istifadə kartları sərfəli deyil. Çünki hər dəfə yol pulundan əlavə 3 Aed 1 dəfəlik kart üçün əlavə ödəməli olacaqsınız.  Gümüş kartin qiymeti isə  25 Aed olmalidi idi. Bizim pulla səhv etmirəmsə təxminən 7 Azn edir. 6 Aed kartin qiyməti olur, 19 Aed isə kartin içində depozit olaraq qoyulur. Bu arada cümə günləri metro saat 13:00a kimi işləmir.

Dubaya getdiyiniz zaman mütləq görməniz gərəkən yerlər haqqında qısa olaraq məlumat vermək istəyirəm.

Dubai Miracle Garden :

Dünyanın ən böyük gül parkıdı. 2013-cü ildə açılışı olub. Dubaya gedərkən bu parka baş çəkmədən geri qayıtmayın.Təxminən ərzisi 7 hektardı. Dünyanın ən məşhur çiçəkçilərinin əl işini görə bilərsiniz orda. Miracle Garden , Mall of emirates metro stansiyası yaxınlığında yerləşir. Ancaq metrodan parka qədər piyada getmək çətin olacaq deyə məsləhət görərdim ki ümumiyyətlə bura gəlmək üçün taksidən istifadə edəsiniz. Park oktyabr ayindan may ayının sonunadək açıq olur. Hər gün səhər saat 9-dan , axşam saat 9a kimi gedə bilərsiniz. Giriş bileti 30 Aed olmalidi. Bizim pulla texminen 9 Azn.  Bu arada Miracle Garden-in yaxınlığında Dubailand atraksion parkı da var. Getmişkən oranı da görə bilərsiniz. Bildiyim qədər proyekt hələ ki tam olaraq hazır deyil , ancaq girişdə tam hazır olacaq formasının maketini görə bilərsiniz.

guller

ev

Burj Xalifa :

Dubayın hər nöqtəsindən bu möhtəşəm binanı görə bilərsiniz. 828 metr hündürlüyü olan bu 160 mərtəbəli binanı öz gözlərinizlə görmənin verdiyi həyəcan tam başqadı.Təsəvvür edin dayanmısınız binanın yanında və  yuxarı baxırsınız. Başınızın üzərində təxmini 1 km –lik bir bina dayanır.

Burj Xalifaya gəlmək üçün Dubai Mall metro stansiyasında düşdükdən sonra bir az piyada getməli olacaqsınız. Burj Xalifanın 124-cü mərtəbəsindən şəhərə baxmaq üçün meydança var. Ora qalxmaq üçün isə kassadan bilet almaq lazımdı. Amma dubay turist qaynadığı üçün adətən bu kassalarda uzun uzadı növbələr olur.Bunagörə də məsləhət görərdim ki , gəlməmişdəm öncə girib biletinizi online alaraq həm vaxtınıza həm də budcənizə qənaət edəsiniz. Online girish biletini 2-3 hətfə öncədən alsanız qiyməti təxminən 25 Euro olacaq. Mənim məsləhətim  Burj Xalifadan şəhər mənzərəsinə axşam saatlarında gedib baxın, daha gözəl olur. Gündüzləri sözün düzü maraqlı mənzərə görməyəcəksiniz , 90% səhralıqdan başqa.

Dünyanın ən hündür binası tikilməmişdən öncə adının Burj Dubai olması planlaşdırılırdı. Uzun müddət hətda mediada bu proyekt haqqında yazılar gedərkən bina sırf belə adlandırılırdı. Ancaq 2008-ci iləd dünyada baş verən krizis Dubaya da təsir etmiş və Dubayın şeyximəcbur qalıb Abu-Dabinin şeyxindən borc alır. Abu-Dabinin şeyxi isə borcu verməyə bir şərtlə razı olur kı , dünyanın bugün üçün olan ən hündür binasının adı Burj Xalifa adlandırılsın. Xalıfa isə onun öz adı idi. Beləcə dünyanın ən hündür binası hazırda Abu –Dabi şeyxinin adını  daşıyır.

xalifa

Dubai Mall :

Dünyanın ən böyük alış-veriş mərkəzi olan Dubai Mall Burj Khalifanın yanında yerləşir. Qarşısında yerləşən Khalifa hovuzunun içində 270 metr uzunluğu olub, 150 metr hündürə su qaldıra bilən dünyanın ən maraqlı musiqili fontanı yerləşir.   Hər axşam saat 6-9 aralığında , yarım saatdan bir 5 dəqiqəlik musiqili  show göstərilir. Bu göstəriyə mütləq baxmaq lazımdı. Youtube-da bir çox videolar var ancaq insanın öz gözləri ilə görməsi daha çox zövq verir.

Dubai Mall-un içində dünyanın ən böyük akvariumu yerləşir. Akvariuma baxmaq pulsuzdu. Dubai Malla gedən hər kəs gedib akvariumda üzən akulalara baxa bilər. Ancaq akvariumda olan balıqları yemləmək üçün , akvariumun etrafında qayıqla gəzmək üçün isə əlavə olaraq ödəmə edib bilet almaq lazım olacaq. Qiymeti səhv etmirəmsə 80 – 120 Aed arası idi. Bizim pulla təxminən 25-35 azn edir.

akvarium

radiance_render_1

fontan

Mall of Emirates :  

Dubayda olan məşhur alış-veriş mərkəzlərindən birisidi. Burada dünyaca məşhur bir çox brendlərin dükanlarına rast gələ bilərsiniz. Əgər uşaqlarla səyahət edirsinizsə mütləq yolunuzu Mall of Emiratesden salın. Ski Dubai burda yerləşir. Gedib günəşli şəhərdə  qarda da sürüşə bilərsiniz. Hetda bəzən başınıza qar da yağa bilər. Sürüşüb yorulduqdan sonra Ice barda isti kofenizi də içə bilərsiniz.

ice kafe

qaradam

Dubai Marina :  

Ərəblərin New Yorku saymaq olar buranı. Hər tərəf başınızı hərləndirəcək dərəcə hündür binalarla əhatələnib. Bura da axşam gəlməniz daha məsləhətlidi. Axşamlar körfəzdə qayıqla gəzinti edə bilərsiniz. Qiyməti təxminən 60 Aed olmalı idi. Bizim pulla təxminən 15 -20 Azn aralığında.

Dubai-Marina

Burj Al Arab :

Dünyanın tək 7* oteli. Bu otel demək olar kı Dubayın simvoluna çevrilib. Dubaya gələn bütün turitlər mütləq yolunu byrdan salıb , otelin içinə girə bilməsələr belə qarşısında şəkil çəkdirə bilərlər.

burj-al-arab-at-sunset-34960

Palm İslands and Atlantis hotel :

Dünyanın ən böyük süni yaradılmış ada şəhərciyi olan palm İslands-i görmədən qayıtmayın məncə. Adada yerləşən Atlantis otel turistlərin ən çox görmək üçün gəldiyi məkanlardan birisidir. Otelin içində çox böyük akvarium yerləşir. Əlavə ödəmə etmək şərti ilə otelə giriş edib akvariuma baxmaq mümkündür. Atlantis otelin bəzi otaqları varkı  , onların divarlarının bir hissəsi bu akvariumlarla əhatələnib.

header-image-1

Atlantis_1

atlant

 

Nasser square:

Çirkli , qarışıq , əsasən pakistanlıların və İndusların alver etdiyi rayondu. Topdan satış texnika dükanları, qızıl dükanları, şuba dükanları , kosmetika dükanları burada yerləşir. Əgər alacağınız heç bir şey yoxdursa məsləhətdir ki heç buraya gəlməyəsiniz.

Dubayda gecə həyatı :

Dubayda spirtli içkilər yalnız icazəli məkanlarda satılır. Bunların bir çoxu isə otellərdilər. Burda 21 yaşdan az olanlar gecə klublarına və barlara giriş edə bilməzlər. Açıq məkanlarda içki içmək demək olar kı qadağandır. Dükanlarda da içki satışına qadağa var. Əgər axsamlar otağınızda bir şeylər içməyi planlayırsınızsa o zaman gələrkən Duty Free-dən birşeylər alıb çamadanınıza ata bilərsiniz.

best-nightclubs-in-Dubai

Sonda sizə belə bir yaxşılıq edim da. Oteldən çıxarkən özünüzlə mütləq qolu uzun birşeylər götürün. Küçədə günəşli hava olsa belə , bağlı yerlərin hamısında kondisionerlər işləyir və üşüyə bilərsiniz. Hətda avtobus dayanacaqları belə bağlı ve kondisionerli olurlar.

Mənbə: flywithnana.wordpress.com

OXŞAR XƏBƏRLƏR