Seyyah.az-ın məlumatına görə, «World Travel Awards» müsabiqəsində «Four Seasons Hotel Baku» Azərbaycanın aparıcı Hoteli 2015 mükafatını alıb. «Four Seasons Hotel Baku» dakı Prezident Suiti isə Azərbaycanın Aparıcı Prezident Lyuks Hotel otağı 2015 nominasiyası üzrə birinci yerə layiq görülüb.
«Four Seasons Hotel Baku»dan Fins.az-a verilən məlumata əsasən, hotel həmçinin Azərbaycanın aparıcı Spa Resort 2015-də nominant göstərilib, hotel həmin mükafatı 2013-2014-cü illərdə sahib olmuşdu. Bununla yanaşı, «Four Seasons Hotel Baku»nun qazandığı mükafatlar sırasında Avropanın ən yaxşı Hotel Florası təşkilatçısı kimi “Prix Villégiature Awards 2014” mükafatı da var.
Qeyd edək ki, 2012-ci ildə fəaliyyətə başlayan «Four Seasons Hotel Baku» qısa müddət ərzində təkcə Bakı sakinlərinin yox, bir çox xarici ölkə vətəndaşlarının da sevdikləri məkan olub. Hoteldə 142 qonaq otağı və 27 «suit» var. Həmçinin hoteldə Xəzər və Liman adlanan iki prezident otağı də var.
Bu nömrələrin hər birində, böyük salon, yemək otağı, şəxsi yemək otağı, qəbul otağı, şəxsi kabinet, bir neçə eyvan, şəxsi spa və fitnes zalı olan böyük yataq otağı var. Hər iki Prezident Suitindən Bakı Bulvarına və Xəzər dənizinə gözəl mənzərə açılır.
Hoteldə öz xidmətlərini təklif edən məşhur “Zafferano” restoranı və centlmen klub stili Bentley Bar, gözəl hovuzu və çoxsaylı spa xidmətləri olan Jaleh Spa fəaliyyət göstərir.