Bu barədə fins.az-a yerli turizm şirətlərindən bildiriblər. Seyyah.az-ın Fins.az-a istinadən məlumatına görə, Mütəmmadi Avropa turları təşkil edən «Millenium Travel» şirkətindən bildirilib ki, son günlər baş verən hadisələrdən sonra bəzi müştərilər Fransaya alınan səyahətlərdən imtina edib. Şirkətin rəhbəri Ruslan Quliyev bildirib ki, «Yeni İl üçün iki ailəyə turpaket satılmışdı, amma baş verən hadisələrdən sonra onlar Fransaya getməkdən imtina edib, İtaliya və Monteneqroya turpaket alıblar».
Digər turizm şirkəti - «Ata Travel»dən isə fins.az-a bildirilib ki, dekabr ayı və Yeni İl üçün Parisə turpaketlər satılsa da, sonraan onların bir hissəsi ləğv edilib: «Ləğv olunan pakptlər çoxdur. İndi bu istiqamətə hazır turpaketlərimiz yoxdur, son hadisələrə görə o istiqamətdə olan turpaketlərdən imtina etmişik. Amma Fransaya getmək istəyən olsa, uçuş bileti ayrı, siğorta, qalma və s. xərclər ayrı hesablanıb səyahət təşkil edirik. Viza almaq da çətinləşdiyi üçün gedənlər ancaq əvvəldən vizası olanlardır. Amma hazırda heç getmək istəyən də yoxdur».
«İmprotex Travel» şirkətində də Fransa turlarının ləğv edildiyini bildiriblər. Şirkətin meneceri bildirib ki, xüsusilə deabrın sonuna, yəni Yeni İlin qeyd edilməsi üçün alınan turlardan bir hissəsi ləğv edilib – müştərilər bu istiqamətə getməkdən imtina ediblər.