Seyyah.az "Report"-a istinadən xəbər verir ki, Unal rusları ölkəsinə şəxsən dəvət etmək istədiyini qeyd edib.
"Turizm sektoruna siyasətdən ayrı baxılmalıdır. Mən mədəniyyət və turizm naziri olaraq Rusiya vətəndaşlarına demək istərdim ki, Türkiyə sizin evinizdir. Siz əvvəllər olduğu kimi, burada təhlükəsiz tətil keçirə bilərsiniz", — deyə o bildirib.
Qeyd olunur ki, ötən il Türkiyəni 3 milyona yaxın rusiyalı turist ziyarət edib.