Turizm sektoru və əhalinin istirahət planları ödkə iqtisadiyyatının əsas indikatorlarındadır. Fins.az-ın məlumatına görə, Azərbaycandakı iqtisadi proseslər, manatın devalvasiyası, iqtisadi aktivliyin azalması, eləcə də son vaxtlar xarici ölkələrdə baş verən hadisələr Azərbaycan vətəndaşlarının səyahət planlarına, o cümlədən Yeni İl şənlikləri ilə bağlı sifarişlərinə təsir edib.
Bəs ölkə vətəndaşları Yeni İli hansı ölkələrdə və hansı qiymətə qeyd edə bilərlər? Turizm şirkətlərindən vətəndaşlara hansı təkliflər var? Turizm şirkətləri bazarda dəyişmiş vəziyyətə necə hazırlaşırlar?
Fins.az-ın video xidməti bu suallara cavab tapmaq üçün ölkənin ən böyük turizm operatorlarından biri - Turizm.az səyahət şirkətində olub ©FinsTV.