Dubay və Milanda "Shopping festivallar” başladı – QİYMƏTLƏR

Dubaydakı festival yanvarın 2-dən fevralın 2-nə qədər davam edəcək
Xəbərlər 4 Dekabr 2015 00:00 1424
Dubay və Milanda "Shopping festivallar” başladı – QİYMƏTLƏR

Hər il yanvar-fevral aylarında dünyanın bir sıra şəhərinlərdə “Shopping Festival”lar başlayır. Müşahidələr göstərir ki, adətən azərbaycanlılar daha çox Dubay və Milandakı festivallara gedirlər.

Ətirlər, elektrik avadanlıqları, qızıl 70% endirimlə

Fins.az xəbər verir ki, bu il Dubaydakı alış-veriş festivalı yanvarın 2-dən fevralın 2-nə qədər davam edəcək. “Turizm.az” şirkətində bildirirlər ki, festival müddətində dünyanın ən böyük alış-veriş mərkəzləri olan “Dubai Mall”, “Mall Off Emirates”, “Wafi Mall”, “Marina Mall”, “Dubay Festival City Mall”dakı mağazalardan münasib qiymətə alış veriş etmək mümkündür. Bununla yanaşı “SOUK” adlanan kiçik bazarlardan da festival müddətində ucuz alış-veriş etmək olar. Festival müddətində mallara 70%-ə qədər endirim edilir. Dubaydan alına biləcək əsas məhsullar ətirlər, elektrik avadanlıqları, qızıl və s.dir.

Dubaya getmək üçün bir neçə yol var

Dubaya getmək istəyənlər bir neçə aviaşirkətin xidmətindən istifadə edə bilərlər. Adətən üstünlük “Azərbaycan Hava Yolları” (ikitərəfli biler 306 dollaradır) və “FlyDubai” (ikitərəfli bilet 415 dollaradır) şirkətlərinə verilir. Bununla yanaşı, 569 dollara İstanbuldan “Türk Hava Yolları”, 595 dollara Dohadan “Qatar Airways”, 822 dollara Moskvadan “Aeroflot”, 835 dollara isə Kiyevdən “Ukrayna Hava Yolları” ilə Dubaya uçmaq mümkündür.

Məşhur geyimlər və ayaqqabılar 50% endirimlə

Milandakı “Shoping Festival” isə yanvarın 6-dan fevralın 16-dək davam edəcək. Milanın məşhur alış-veriş mərkəzləri “Serravalle Outlet”, “Foxtown Outlet”, “Vicolungo Outlet”, “Fidenza Village Outlet”, “Franciacorta Outlet”dir. Bu obyektlər şəhərin mərkızinə yerləşməsə də, onların yanına ictimai nəqliyyatla getmək mümkündür. Festival müddətində 50%-ə qədər endirimlərdən yararlanmaq olar. Milan festivalında alına biləcək məhsullar məşhur geyim və ayaqqabı brenləridir.

Milana yol həm birbaşa, həm də tranzitlədir

Bakıdan Milana birbaşa reys var. “Azərbaycan Hava Yolları”na 450 dollar ödəməklə İtaliyaya getmək mümkündür. Bununla yanaşı, “Türk Hava Yolları” da 509 dollara turistləri Bakıdan Milana (İstanbulda dayanmaq şərti ilə) aparır. Həmçinin 698 dollara "Ukrayna Hava Yolları ilə Milana getmək olar – təbii ki, Kiyevdə dayanmaq şərti ilə.

OXŞAR XƏBƏRLƏR