“Şahdağ” Turizm Kompleksi MDB kurortlarının TOP-10 reytinqində yer alıb

“Şahdağ” Qış-Yay Turizm Kompleksi MDB ölkələrinin dağ-xizək kurortları üzrə tərtib edilmiş reytinqin ilk onluğunda yer alıb. 
Xəbərlər 23 Dekabr 2015 00:00 1155
“Şahdağ” Turizm Kompleksi MDB kurortlarının TOP-10 reytinqində yer alıb

Məşhur turizm xidməti  Travel.ru  “Forbes” ilə birlikdə yanvar ayı üçün MDB məkanı üzrə viza tələb olunmayan münasib (oteldə qalmaq haqqı, nahar, və s. xidmətlər nəzərə alınmaqla - Oktogo.ru saytının məlumatına əsasən) dağ-xizək kurortlarının TOP-10 reytinqini tərtib edib.  

1. Belokurixa (Altay, Rusiya) – 3200 rubl (adambaşına gündəlik xərc)

2. Loqoysk (Minsk, Belarus) – 3400 rubl

3. Zavyalixa (Çelyabinsk, Rusiya) – 3400 rubl

4. Krasnaya sopka (Kamçatka, Rusiya) – 3400 rubl

5. Qaragöl (Bişkek, Qırğızıstan)  - 3500 rubl

6. Çimqan (Taşkent, Özbəkistan) – 3500 rubl

7. Şahdağ (Azərbaycan) – 3700 rubl

8. Bukovel (Ukrayna) – 3800 rubl

9. Bakuriani (Gürcüstan) – 4100 rubl

10. Şımbulak (Qazaxıstan) – 4300 rubl    

Şahdağ Turizm Mərkəzi adını Azərbaycanın, Qusar rayonu ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 m hündürlükdə olan zirvəsi, Şahdağ zirvəsinin adından götürülüb. 2012-ci ildə istifadəyə verilib. Qusar şəhərinin 25 kilometrliyində yerləşir. 

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR