AZAL biletləri ucuzlaşdıracaq - RƏSMİ AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının manatın "üzən məzənnə"yə keçidi barədə qərarı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
Xəbərlər 23 Dekabr 2015 00:00 1359
AZAL biletləri ucuzlaşdıracaq - RƏSMİ AÇIQLAMA

AZAL-dan Seyyah.az-a verilən məlumata görə, iclasda QSC prezidenti Cahangir Əsgərov hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb. 30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb. Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR