Bu il 57 mehmanxanaya ulduz verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatını aparılır.
Xəbərlər 23 Dekabr 2015 00:00 868
Bu il 57 mehmanxanaya ulduz verilib

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təsnifat Avropanın bir çox ölkəsində tətbiq olunan “HotelStars Criteria 2010-2014”-ə uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir. Şəffaflığın artırılması məqsədilə nazirliyin ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyənləşir.

2015-ci il ərzində 57 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakıda, 32-i isə rayonlardadır. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 25-i beş ulduz, 53-ü dörd ulduz, 20-i üç ulduz, 2-i isə iki ulduz kateqoriyasına uyğundur.

Mənbə: APA

OXŞAR XƏBƏRLƏR