Kənd evləri mehmanxana tipli obyektlərin təsnifatına daxil edildi

Bu təsnifatına dağ sığınacağı və ferma evi də daxildir
Xəbərlər 28 Dekabr 2015 00:00 3005
Kənd evləri mehmanxana tipli obyektlərin təsnifatına daxil edildi
Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatına kənd evi, dağ sığınacağı və ferma evi də daxil edilib.

Seyyah.az- ın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlər Komitəsinin Kollegiyasının təsdiq etdiyi AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” dövlət standartında əksini tapıb.

 

Standarta əsasən kənd evi (gite rural) mebel və yaşayış üçün müvafiq şərait ilə təchiz edilmiş, əsasən kənd yerlərində yerləşən və mətbəx avadanlığı olan yerləşdirmə vasitəsidir. Dağ sığınacağı (mountain refuge) dağlıq ərazilərdə yerləşən, təcrid olunmuş və müxtəlif avadanlıqlar ilə təchiz edilmiş evdir. Ferma evi (farm house) isə kənd təsərrüfatı (ferma) ərazisində yerləşdirmə və qidalanma xidmətlərini təklif edən yerləşdirmə vasitəsidir.

 
 
OXŞAR XƏBƏRLƏR