Gürcüstan turları 50% bahalaşıb

Dekabrın 21-dən sonra bir çox turizm şirkəti turpaket satmayıb
Xəbərlər 29 Dekabr 2015 00:00 1240
Gürcüstan turları 50% bahalaşıb

Manatın dollar qarşısında ucuzlaşması, lari qarşısında da dəyər itirməsinə səbəb olub. Seyyah.az xəbər verir ki, Fins.az-ın turizm şirkətlərindən aldığı məlumata görə, son devalivasiyadan əvvəl qiymətlər daha münasib idi, indi isə bahalıq aydın görünür.

Bakurianidə 3 ulduzlu hoteldə bir nəfərlik 4 gecə 5 günlük tur səhər yeməyi və nəqliyyat daxil olmaqla ötən ay 320 manat idisə, ikinci devalivasiyadan sonra bu rəqəm 470 manat olub.

Tiflisdə 3 ulduzlu hoteldə 4 gecəlik yalnız səhər yeməyi daxil olmaqla iki nəfərlik qiymət 170 manat idisə, indi bu qiymət 250 manata qədər qalxıb.

Qeyd edək ki, turagentliklər bildirib ki, ən çox satılan istiqamət olsa da, hazırda Gürcüstan turlarında da alıcılıq qabiliyyəti müəyyən qədər aşağı düşüb. Dekabrın 21-dən sonra isə bir çox turizm şirkəti turpaket satmayıb.

 

OXŞAR XƏBƏRLƏR