Türkiyədən Azərbaycana uçuşlar təxirə salınıb

Səbəb İstanbulda gözlənilən qarlı hava şəraitidir
Xəbərlər 30 Dekabr 2015 00:00 1031
Türkiyədən Azərbaycana uçuşlar təxirə salınıb

Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Seyyah.az-ın APA-ya istinadən məlumatına görə, uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.

Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.

OXŞAR XƏBƏRLƏR