İstanbula 40 dollardan uçuş – YENİ KAMPANİYA

Xəbərlər 6 Yanvar 2016 00:00 2564
İstanbula 40 dollardan uçuş – YENİ KAMPANİYA

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbuldan həyata keçiriləcək uçuşlarda yeni endirim kampaniyasına başlayıb. Aviaşirkətdən verilən məlumata görə, yeni kampaniya xarici uçuşlara aiddir hə bölgələr üzrə 3 növ qiymət təklif olunur. Uçuşlar yanvarın 10-dan etibarən martın 26-dək həyata keçiriləcək. Biletləri isə yanvarın 15-dək əldə etmək lazımdır.

Qiymətlər 39,99, 49,99 və 79,99 dollardır. Qeyd olunan istiqamətləri əhatə edən uçuşlar üçün 72 min yer ayrılıb və reyslər birbaşadır. Kampaniya qiymətlərinə qeydiyyat xərcləri də (check in) daxildir. Eyni istiqamətdə xaricdən təşkil olunan uçuşlarda isə 8 dollarlıq qeydiyyat xərci tutula bilər.

Qeyd edək ki, «Pegasus» şirkəti Bakıya uçmasa da onun xidmətindən Azərbaycan vətəndaşları da həvəslə istifadə edir. Belə ki, şirkət Gürcüstanda Tbilisi və Kutaisi istiqamətində uçuşlar həyata keçirir. Buna görə də İstanbula gedən Azərbaycan vətəndaşlarının bir qismi Türkiyəyə Tbilisidən uçmağa üstünlük verirlər. Şirkətin son endirimlərindən sonra Tbilisidən İstanbula bir istiqamətdə uçuşun qiyməti cəmi 40 dollara enib. Bu da digər təkliflərlə müqayisədə qat-qat sərfəlidir.

Qeyd edək ki, endirimli biletləri şirkətin flypgs.com, “Pegasus”un mobil sayt və mobil tətbiqlərindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR