Türkiyəyə getmək üçün viza alacağıq

Xəbərlər 7 Yanvar 2016 00:00 1874
Türkiyəyə getmək üçün viza alacağıq

Türkiyə Avropa Birliyi (AB) ilə imzalanan ‘Viza rejimi qaydaları və gediş-gəliş Anlaşması"na əsasən bu ilin iyun ayından etibarən 89 ölkəyə viza rejimi tətbiq etməyə başlayacaq.

İhlas xəbər agentliyinin xəbərinə görə, viza rejimi Suriya, Əfganıstan kimi sadəcə, qanunsuz miqrant axını yüksək olan ölkələri deyil, həm də Türkiyəyə daha çox sayda  turist göndərən ölkələri də əhatə edəcək.

Qeyd olunur ki, viza rejimi tətbiq ounan ölkələr arasında  Albaniya, Beliz, Boliviya, Bosniya-Herseqovina, Mərakeş, Ekvador, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Livan, Makedoniya, Maldiv adaları, Serbiya, Ukrayna, İordaniya, Rusiya və digər ölkələrlə yanaşı Azərbaycan da var.

OXŞAR XƏBƏRLƏR