“Qatar Airways” 2016-cı il uçuşları üçün ən böyük endirim kampniyasına start verdi. Aviaşirkətdən Fins.az-a verilən məlumata görə, endirim kampaniyası zamanı müştərilər bir çox endirimlərdən yararlana biləcəklər. Müştərilər iki bilet al birini ödə, onlayn satışlar üzrə qrup endirimləri, avtomobil və otel icarəsində endirimlərdən faydalana biləcəklər.
Dünyanın 150-dan çox səyahət istiqamətinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Bangkok, Guangzhou, Dubay, Kuala Lumpur, Maldiv, Sinqapur, Phuket, Sharjah, Kolombo kimi 50-dən çox istiqamətə səyahət edəcək müştərilərə 35%-ə qədər endirim tətbiq edəcək.
Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” satış ofislərindən, http://www.qatarairways.com/travel-festival veb saytından, “Qatar Airways” satış ofisindən, habelə turizm agentliklərindən əldə edə bilərlər.
Kampaniya çərçivəsində bilet satışı yanvarın 11-dən 17-dək, uçuşlar isə yanvarın 19-dan dekabrın 15-dək davam edəcək.