Yaponiya vətəndaşları Azərbaycana gələndə vizanı hava limanında alacaqlar. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyinin “Twitter” ünvanında yazılıb. Məlumatda qeyd olunur ki, fevralın 1-dən etibarən Yaponiya vətəndaşları Azərbaycanın bütün beynəlxalq hava limanlarında 30 gün müddətinə birdəfəlik viza ala biləcək.