Şengen zonası ləğv oluna bilər

Avropa İttifaqı daxilində pasportsuz hərəkət etmək mümkün olmayacaq
Xəbərlər 22 Yanvar 2016 00:00 840
Şengen zonası ləğv oluna bilər

Türkiyənin şengen zonasına qəbul olunması məsələsinin müzakirə olunduğu bir vaxtda Avropada yaşanan miqrant böhranı bu zonanın ümumiyyətlə ləğvinə səbəb ola bilər. Seyyah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Donald Tusk açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, növbəti iki ay ərzində qaçqın problemi həll olunmazsa, ittifaq daxilində pasportsuz hərəkət etmək mümkün olmayacaq.

Donald Tusk onu da bildirib ki, Aİ-na daxil olan ölkələr ortaq bir qərara gələ bilməsə, birlik bir layihə kimi çökəcək. İkinci dünya müharibəsindən bu yana ən böyük qaçqın axınını yaşayan Aİ ölkələrindən təkcə Almaniyaya 1 milyondan çox mühacir müraciəti var. Məsələ ilə bağlı atılan son addım kimi Avstriya həftə sonları sərhəddə ciddi passport yoxlanışına qərar verib. Bu günə qədər 7 Aİ üzvü olan ölkə və bir qeyri-üzv ölkə Noveç sərhəddə passport yoxlanışına yenidən başlayacağını açıqlayıb. Qeyd edək ki, şengen anlaşmasına 28 ölkə daxildir. Razılaşmaya görə, Şengen zonasında sərbəst gəzmək haqqı ancaq bu ölkələrə aiddir.

OXŞAR XƏBƏRLƏR