Türkiyədə turistlərin azalacağı səbəbindən turizm obyektlərinin kütləvi satışı başlayıb. Fins.az xarici mətbuata istinadən bildirir ki, ölkənin mühüm turizm bölgələrindən sayılan Egey dənizi sahillərində 908 turizm obyekti satışa çıxarılıb.
Xatırladaq ki, satış olan ərazilər Çanaqqala, Mucla və İzmiri əhatə edir. Çanaqqaladan Muğlaya qədər bütün sahilyanı turizm müəssisələrinin ümumi satış dəyəri 9 milyard türk lirəsidir.
Muğla Ege bölgəsində 349 turizm müəssisə ilə ən çox satış təşkil edən şəhərdir. İzmirdə 209 müəssisə satışa çıxarılıb. Bu müəssisələrin 42-i hotel, 15-i apart hotel, 108-i villa hotel, 8 qonaq evi, 16-ı pansionat, 14-ü kənd evidir.
“Ege Turizm Müəssisələri Birliyi”nin sədri Məhmət İşlər il sonuna qədər, satışların və bu regionda turizmin geriləməsinin artacağını bildirib.