İran ABŞ və Britaniya daxil 9 ölkəyə vizanı ləğv edir –SİYAHI

İran 9 ölkə üçün vizanı ləğv edib. Bundan sonra Amerika Birləşmiş Ştatları və İngiltərə də daxil olmaqla 9 ölkənin vətəndaşları İrana vizasız səyahət edə biləcək.
Xəbərlər 16 Fevral 2016 00:00 769
İran ABŞ və Britaniya daxil 9 ölkəyə vizanı ləğv edir –SİYAHI

Seyyah.az Fins.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözcüsü Hossein Jaberi Ansari beynəlxalq mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran bun addımı turizmin inkişafı, həmin ölkələrlə əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə atır. Sözcü bildirib ki, əvvəl irandan viza almadan ölkəyə girişi mümkün olmayan Əfqanıstan, Banqladeş, Kanada, İraq, İordaniya, Pakistan, Somali, Böyük Britaniya və ABŞ vətəndaşları artıq ölkəyə vizasız səyahtə edə biləcəklər.

 

Qeyd edək ki, İran 180 ölkəyə birdəfəlik 30 günlük viza rejimini tətbiq edir. Azərbaycan, Boliviya, Misir, Gürcüstan, Livan, Türkiyə və Suriya vətəndaşları isə birdəfəlik 90 günlük vizasız ölkəyə giriş icazəsi var. Gürcüstan vətəndaşlarına isə viza tələb olunmur.

OXŞAR XƏBƏRLƏR