Xaricilər üçün yeni viza sistemi– VİZANI 5-10 GÜNƏ VERİR

Azərbaycana gəlmək istəyən xarici turistlərin viza alması üçün yeni sistem işə düşüb.
Xəbərlər 16 Fevral 2016 00:00 1401
Xaricilər üçün yeni viza sistemi– VİZANI 5-10 GÜNƏ VERİR

Seyyah.az-ın Fins.az-a istinadən məlumatına görə, “Elektron turist vizasına müraciət sistemi”nin müəllifi Turizm.az şirkətidir.

Şirkətdən Fins.az-a verilən məlumata görə, bu sistemlə xarici vətəndaşlar heç bir səfirliyə getmədən onlayn formada müraciət edə bilərlər. Həmçinin ödənişlərini də onlayn edə bilərlər.

Turistlər müraciət etdikləri gündən etibarən 5-10 gün ərzində elektron turist vizasını əldə edir və vizanı çap edib Azərbaycana səyahət edirlər. Şirkətdən bildirilib ki, ötən ilin may ayından bu günə qədər 1575 nəfər turist saytın bu xidmətinədn yararlanıb.

Xatırladaq ki, elektron turist vizası ölkəyə bir dəfə daxil olmağa imkan verən 30 günlük vizadır. www.evisa.com.az saytı vasitəsilə müraciət edən turistlər üçün şirkət 2 seçim yaradıb. Viza üçün müraciət edən qonaqlar Azərbaycanda qalacaqları hoteli istəsələr elə Turizm.az-dan sifariş verə bilərlər. İstəməsələr, başqa bir turizm şirkətindən almaq imkanları da var.

1. Turist hoteli Turizm.az-dan aldığı təqdirdə, şirkət hoteldən mənfəət qazandığı üçün müraciətçidən yalnız 20 dollarlıq dövlət rüsumu alınır. Hoteldən qazanılan mənfəəti isə saytın saxlanmasına xərclənir.

2. Turist oteli başqa turizm şirkətindən almaq istəsə, 20 dollar dövlət rüsumundan başqa 51 dollar xidmət haqqı tutulur (20+51=71). Xidmət haqqı sayılan 51 dollar isə saytın saxlanılma xərclərinə əlavə olunur.

Turizm şirkətindən deyilib ki, təcrübədə 5-6 günə viza alan turistlər daha çoxdur. Viza almaq qaydaları sadələşdikcə, ölkəyə gələn turistlərin də sayı artacaq.

OXŞAR XƏBƏRLƏR