“Türk Hava Yolları” 2015-ci ildən ziyanla çıxdı

“Türk Hava Yolları” (THY) ötən ili 410 milyon türk lirəsi ziyanla başa vurub.
Xəbərlər 18 Fevral 2016 00:00 1116
“Türk Hava Yolları” 2015-ci ildən ziyanla çıxdı

Seyyah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ziyanın böyük hissəsi şirkətin xarici valyutada olan öhdəlikləri ilə bağlıdır.

Bu barədə THY ölkənin THY Gəlir İdarəsi Başqanlığına (GİB) təqdim etdiyi 2015-ci ilə aid müvəqqəti vergi bəyannaməsinda bildirib. THY-nin açıqladığı müvəqqəti vergi bəyannaməsində qeyd olunan ən çox zərər ümumi satışlarda, xarici satışlarda və fəaliyyət xərclərində ortaya çıxıb.

Bəyannamədə o da qeyd olunub ki, ötən il THY-nin ümumi bilet satışından gəliri 27,5 milyard lirə, o cümlədən xaricdə bilet satışından gəliri 23,8 milyard lirə təşkil edib.

OXŞAR XƏBƏRLƏR