AZAL Avropaya yeni reys açdı - QİYMƏTLƏR

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti bu il mayın 29-dan Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirəcək.
Xəbərlər 18 Fevral 2016 00:00 729
AZAL Avropaya yeni reys açdı - QİYMƏTLƏR

AZAL-dan Seyyah.az-a verilən məlumata görə, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “airBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında həyata keçiriləcək. Riqadan Bakıya birbaşa uçuş hər həftənin çərşənbə və bazar günləri baş tutacaq. Əks istiqamətdə uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. 

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:05 –də, Riqa Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:15-də. Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat şəhər 05:50-dədir. 

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır. 

Latviyanın paytaxtı Riqa Baltikyanı ölkələrin ən böyük şəhəri və ölkənin əsas turizm mərkəzidir. Riqanın Köhnə Şəhər, Lido əyləncə mərkəzi  və digər maraqlı turistik yerləri müxtəlif ölkələrindən hər il minlərlə turist cəlb edir. 

Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu Boeing-737 laynerləri ilə həyata keçiriləcək. 

Biletləri AZAL-ın və “airBaltic” aviaşirkətinin kassalarında əldə etmək və www.azal.az və www.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.

OXŞAR XƏBƏRLƏR