Şəki Xan Sarayı UNESCO-nun Mədəni İrsinə daxil ediləcək

Azərbaycan Şəki şəhərini və onun tarixi hissəsinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsini təklif edib.
Xəbərlər 18 Fevral 2016 00:00 1088
Şəki Xan Sarayı UNESCO-nun Mədəni İrsinə daxil ediləcək

Seyyah.az-ın Fins.az-a itinadən məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Xatırladaq ki, hazırda UNESCO Mədəni irsinə Azərbaycanın iki tarixi abidəsi daxildir. Bunlar Qız Qalası da daxil olmaqla İçərişəhər kompleksi və Qobustan qayaüstü rəsmləri.

UNİSCO-nun qaydalarına görə, hər bir ölkə dünya irsi siyahısına öz namizədlərini verə bilər. Bu məsələdə Azərbaycanın növbəti təklifi bu siyahıya Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsinin qoşulmasıdır.

Nazirlikdən bildirilib ki, UNESCO-nun Dünya İrsi Komitəsi təklifi gözdən keçirib və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarılıb. Bu ilin fevral ayında isə bütün düzəlişlər tamamlanaraq, Yuneskoya geri qaytarılıb. 2017-ci ilin iyun-iyul ayında nəticələr UNESCO tərəfindən elan olunacaq.

Nazirlikdən bildirilib ki, Şəki ilə bağlı təklifin nəticəsi məlum olduqdan sonra Naxçıvandakı Möminə xatun türbəsi və Naxçıvanın digər tarixi abidələrinin də UNESCO-nun Mədəni İrs siyahısına daxil edilməsi təklif olunacaq.

OXŞAR XƏBƏRLƏR