Avropanın tanınmış lou kost aviaşirkəti Gürcüstandan uçuşlara başlayır

İrlandiyanın aşağı büdcəli hava yolu şirkəti “Ryanair” Gürcüstandan uçuşlar təşkil edəcək.
Xəbərlər 19 Fevral 2016 00:00 1207
Avropanın tanınmış lou kost aviaşirkəti Gürcüstandan uçuşlara başlayır

Seyyah.az xarici mətbuata istinadən bildirir ki, bu barədə “Ryanair”in kommersiya direktoru David Obrien Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və iqtisadiyyat naziri Dimitri Kumsişvili ilə görüşdə bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət Gürcüstanın qərbində yerləşən Kutaisi Beynəlxalq aeroportundan uçuşlara başlamaqda maraqlıdır: “Gürcüstana gələn turistlərin sayının artması və əlverişli mühitin olması canlanmaqda olan Gürcüstan bazarına girmək üçün fürsətdir”.

OXŞAR XƏBƏRLƏR