Turistlərə viza verilməsi müddəti - 2 DƏFƏ AZALDILDI

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin fevralın 1-də qəbul etdiyi qanunun tətbiqinə dair sərəncam imzalayıb.
Xəbərlər 19 Fevral 2016 00:00 652
Turistlərə viza verilməsi müddəti - 2 DƏFƏ AZALDILDI

Seyyah.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda elektron vizaların verilməsi müddəti 10  gündən 5 günə salınıb.

Yenilənmiş Miqrasiya Məcəlləsinin 38.3 bəndinə əsasən, elektron vizanın alınması üçün Azərbaycandaa akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir.

Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllə ilə müəyyən edilmiş qaydada ən geci 5 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.

OXŞAR XƏBƏRLƏR