Nə badə bu adaya gedəsiniz!-lənətlənib

Adada ilk dəfə məskunlaşan Hans Braunun bəxti gətirmir.
Xəbərlər 6 Mart 2014 00:00 1602
Nə badə bu adaya gedəsiniz!-lənətlənib

İtaliyanın Napoli şəhərinin Aralıq dənizi sahilində əcaib bir ada var.

Qayola adasının gözəl görüntüsünün altında lənət gizlənir. Lənətli adanın tarixi 1920-ci ilə qədər gedib çıxır. Adada ilk dəfə məskunlaşan Hans Braunun bəxti gətirmir. Bir neçə il adada yaşadıqdan sonra cəsədi xalçaya bürünmüş halda tapılır. Bir neçə aydan sonra isə həyat yoldaşı dənizdə boğularaq həyatını itirir.

Adadakı ölümlər bununla bitmir. Adanın bir sonrakı alman sahibi Otto Qrunbak ani ürək tutmasından adadakı evində vəfat edir. Adanın digər sakini Baron Karl Pol Langeym olur. Olduqca varlı olan bu baron sonradan iqtisadi iflasa uğrayır.


Qayanni Aqnelli adanın yeni sahibi olur və yaxınları bir-bir vəfat etməyə başlayır. Oğlu isə oğrular tərəfindən qaçırılır. Adanın son sahibi Qayanpaskal Qrappone cinayətdə günahlandırılır və həbs olunur. Öldürdüyü 2 insan isə adanın qarşısındakı sahildə yaşayan qonşuları olur. İllər boyu belə bəd xəbərlər turistlərin bu gözəl adaya axınının qarşısını ala bilmir. Avropanın ən lənətli yerlərindən biri və dünyanın ənləri sırasında özünəməxsus yer tutur. Dənizin ortasındakı balaca ada olduqca maraqlı özəlliyə malikdir.


İslandiya ilə Farer adalarının ortasında yerləşən bu kiçik adanın üzərində daima bulud olur. Luytla Duymun adasının üzərində toplanan bulud kütləsinin yaratdığı gözəl mənzərəni İtalyalı turist Andrea Rikordi fotoya alır. Həvəskar fotoqraf Farer adalarının paytaxtı Torshavndan gəmiylə cənubdakı Supuroy adasına gedən yolda gördüyü bu mənzərəyə heyran qalır. 40 yaşlı fotoqrafın sözlərinə görə, həmin gün günəşli və aydın hava vardı və bu adanın üzərində toplanan ada xaricində heç bir yerdə bulud yox idi. Bulud inanılmaz dərəcədə alçaqda idi. Bu inanılmaz təbiət hadisəsi dostlarına göstərmək üçün bu fotonu çəkir. 


Luytla Duymun adası üzərində bütün mövsümlərdə bir bulud dayanır. Buludlar tərəfindən örtülən bu ada bəzən gözəgörünməz olur. Dəniz səviyyəsindən 414 metr hündürlükdə yerləşən bu adanın üst hissəsi hamar, ətrafları isə qayalıqlar şəklindədir. Bölgənin ən kiçik adası hesab olunan Luytla Duymun insanın yaşamadığı yeganə adadır.

Bu buludların hava axını ilə buraya gətirildiyi ehtimal olunur. Adanın bir başqa maraqlı özəlliyi burada vəhşi qoyun növünün yaşamasıdır. Bu qoyunlar hazırda muzeydə nümayiş olunurlar.

OXŞAR XƏBƏRLƏR