Naxçıvan-Batumi avtobusu işə düşdü - QRAFİK

Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb.
Xəbərlər 22 Fevral 2016 00:00 1738
Naxçıvan-Batumi avtobusu işə düşdü - QRAFİK

Seyyah.az-ın məlumata görə, avtobus Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edir. Avtobus hər həftənin şənbə günü Naxçıvan şəhərindən 7:30 yola düşür, 21:00-da Batumiyə çatır. Əks istiqamətdə hərəkət qrafiki də eynidir. İlk avtobus isə fevralın 20-də Naxçıvandan yola düşüb.

Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılır.Bir nəfər üçün biletin qiyməti 27 manatdır.

OXŞAR XƏBƏRLƏR