«Formula 1»ya gələnlərin 70%-i xaricilərdir

Bu ilin iyununda Bakıda keçiriləcək «Formula-1» Avropa Qran Prisinə xaricdən maraq olduqca böyükdür.
Xəbərlər 22 Fevral 2016 00:00 610
«Formula 1»ya gələnlərin 70%-i xaricilərdir

Bu günə olan məlumata görə, satılan biletlərin 70 %-əyaxını xarici ölkələrdən olan alıcıların payına düşür. Seyyah.az-ın məlumatəna görə, bu barədə “Baku City Circuit”in marketing xidmətindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər. Məlumatda qeyd olunub ki, Formula-1-ə ən çox bilet Rusiya, Azərbaycan, Böyük Britaniya, Niderland Krallığı, ABŞ, Finlandiya, Kanada, İtaliya, Almaniya və Ukrayna vətəndaşları tərəfindən alınır. Satılan biletlərin sayı ilə yanaşı otellərdə yer rezervasiya edənlərin sayı da artır. Otel otaqlarının doluluq nisbəti haqqında məlumat verənwww.booking.com saytının bugünə olan göstəricisinə görə, yarış həftəsonu ərzindəBakı hotellərində otaqların 66 %-i artıq dolub. Yarışlara bilet satışları davam edir. Yerli vətəndaşlara isə hazırda 20-40%-lik endirim təqdim olunub. Qeyd edək ki, yarışın keçiriləcəyi trekin tikintisi ilə əlaqədar görülən işlərin artıq birinci mərhələsinin sonuna çatırıq. Qeyd edim ki, indiyədək trek boyunca 9 sm dərinliyində asfalt örtüyünün qazılması və ilk növbədə 5 sm qalınlığında alt asfalt qatının salınması üzrə görüləcək işlərin 86 %-i həyata keçirilib. Asfalt örtüyünün üst hissəsinin salınmasına isə Novruz bayramından sonra başlanacaq və bu prosesin mayın əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

İndiyədək Avropa Qran Prisinin Könüllülük Proqramı üçün nəzərdə tutulan 5 min yerə iki ay ərzində 10 minən qədər könüllü müraciət edib. Marşal proqramı üçün nəzərdə tutulan 1000 nəfərlik yerə isə indiyədək 2500-dən çox müraciət qeydə alınıb. Hazırda hər iki proqram üzrə fəaliyyət göstərəcək namizədlərin seçimi və buna ardıcıl olaraq da onların təlimi həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR