Türkiyə öz şirkətlərinə 87 milyon dollar ayıracaq

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə turizm sektorunun dəstəklənməsi ilə bağlı planını açıqlayıb.
Xəbərlər 22 Fevral 2016 00:00 586
Türkiyə öz şirkətlərinə 87 milyon dollar ayıracaq

Seyyah.az-ın «APA»ya istinadən xəbərinə görə, baş nazir bildirib ki, bununla bağlı turizm sahəsinə 255 milyon lirə (87 mln. ABŞ dolları) ayrılacaq. Bundan başqa, turizm şirkətlərinin 280 milyon lirəlik borclarının restrukturizasiyası (kreditlərin ödəmə şərtlərinin dəyişdirilməsi) da nəzərdə tutulub.

Əhməd Davudoğlu bildirib ki, Türkiyəyə turist gətirən 1-ci dərəcəli turizm agentliklərinə dəstək veriləcək. O, Rusiyadan Türkiyəyə gedən turistlərin sayının azalmayacağına əmin olduğunu vurğulayıb: “Bu məsələni siyasi qərarla dəyərləndirmək doğru olmaz. Rus xalqı birdən-birə dincəlmək üçün Türkiyəni seçməyib. Gəliblər, görüblər, bəyəniblər, növbəti il yenə gəliblər. Onlar yenə də gələcəklər”.

OXŞAR XƏBƏRLƏR